Evlərin icbari sığortalanmasında hansı problemlər yarana bilər? – EKSPERT AÇIQLADIbackend

Evlərin icbari sığortalanmasında hansı problemlər yarana bilər? - EKSPERT AÇIQLADI

Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək. Mexanizmin tətbiqindən sonra evlərini sığortalamayan vətəndaşların cərimələnməsi də nəzərdə tutulur. Bəs görəsən, yeni sığorta mexanizminə nəzarət necə həyata keçiriləcək?  Mənzil və evlərin icbari sığortalanması vətəndaşa və hökumətə hansı üstünlüklər qazandıracaq?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, şəxsi mənzillərin sığortalanmasının icbariliyi ilə bağlı qanun 2011-2012-ci illərdə qəbul olunub. Amma 2019-cu ildə Prezidentin fərmanı ilə mexanizm formalaşıb: “Yəni qanunun həm icbariliyi, həm də cərimələnmə mexanizmi bir neçə ildir mövcuddur, yeni heç nə yoxdur. Yeni olan elektron sığortalanma mexanizminin formalaşdırılmasıdır. Yaxın həftələrdə mənzilləri elektron formada sığortalamaq mümkün olacaq. Bu, yaxşı haldır. Çünki insanlar komputer arxasında əyləşərək öz mənzillərini sığortalaya biləcəklər. Amma burada bir sıra problemlər də mövcuddur. Birincisi, mənzilin vəziyyətindən asılı olmayaraq Bakıda insanlar evlərini 50 azn ödəyərək sığortalayacaq. Ödəniləcək sığorta məbləği isə 25 min manat dəyərləndirilir. Ətraf şəhər və qəsəbələrdə bu rəqəm 40, rayonlarda isə 30 manat müəyyənləşdirilib. Müvafiq olaraq ödəniləcək sığorta məbləği isə 20 və 15 min azndir. Burada evin böyük və kiçik, yaxud qəzalı olub-olmamasının fərqinə varmadan məbləğlər təxminən eynidir. Bu da gələcəkdə problemlərin ortaya çıxması ilə nəticələnəcək”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Xalid Kərimlinin sözlərinə görə, sığorta məhsulunun əhaliyə əhəmiyyətini və zəruriliyini izah etmədən, maarifləndirmə işi aparmadan hamını cərimələmək insanlarda haqlı narazılıq yaradacaq: “Çünki insanlar bu sığorta məhsulunun nədən ibarət olmasını, qərarın nə vaxt verildiyini, nə zaman müraciət etməli olduqlarını bilmirlər. Doğrudur, avtomobil sığortası uzun illərdir mövcuddur və insanlar bunun işləmə mexanizmindən xəbərdardır. Amma mənzillərin icbari sığortalanması məələsində sığorta şirkətləri fəal olmalıdırlar və məhsulun faydalılığına insanları inandırmalıdırlar. Bunu sığorta ödənişləri etməklə həyata keçirmək və sözügedən məhsulun işlədiyini göstərmək mümkündür”.

Xalid Kərimli bildirib ki, cərimənin tətbiqi və yığılması məsələsində hökumətin çox böyük praktikası mövcuddur: “Burada nəyinsə çətin olacağını zənn etmirəm. Yəni mənzilin kupçası varsa və icbari sığorta olunmayıbsa həmin an cərimə tətbiq ediləcək. Amma bunun kütləvi hal alacağını düşünmürəm. Çünki ilk növbədə yeni mexanizmə insanları inandırmaq lazımdır. Məhsulun üstünlüyü odur ki, hadisə baş verəndə vətəndaş ən azından 25 min manatı almaq hüququ əldə edəcək. Azərbaycanda hökumət sosialyönümlüdür. Yəni zəlzələ və sel hadisəsi zamanı əhaliyə kömək edir. Amma kömək etməsə necə olacaq? Ona görə də, sığorta faydalıdır və vətəndaş təbii hadisə zamanı öz haqqını əldə edə biləcək. Digər tərəfdən mənzillərin icbari sığortası hökumət üçün də əhəmiyyətlidir. Çünki bu cür hadisələrdə sığorta tərəfindən ödəniş ediləcək və hökumətin yükü aşağı düşəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*