Eyvan çökdü, türkiyəli siyasətçi öldübackend

Eyvan çökdü, türkiyəli siyasətçi öldü

Türkiyənin Dənizli əyalətinin Tavas rayonunda Cümhuriyyət Xalq Partiyasının rayon sədrinin müavini Mehmet Palaz bədbəxt hadisə nəticəsində ölüb. 

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, Dənizlidə seçki zəfərini qeyd edərkən eyvan çöküb, Cümhuriyyət Xalq Partiyasının rayon sədrinin müavini Mehmet Palaz yıxılaraq dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfəri ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarət alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*