Faiq Ağayev: “Altı aydır ki, pul üzü görmürəm”backend

Faiq Ağayev: "Altı aydır ki, pul üzü görmürəm"

“Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, günə muzdlu çalışanlar, bizim sferaya bağlı olan insanlar- gül, paltar satışı ilə məşğul olanlar, restoran işçiləri, administratorlar, aşbazlar və kimlər… Onlar 4 aydır işləmirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “Fatehin divanı” proqramında qonaq olarkən bildirib.

Ağayev karantin dövründə qazancsız qalan sənətçilərdən söhbət açıb:

“Mən sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm. Təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq? Mən gileylənən insanlara heç nə deyə bilmərəm. Ümidvaram ki, bu bəla ilə mübarizə qələbə ilə nəticələnəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*