KONKRET.AZ xəbər verir ki, dünən axşam təcili olaraq Ermənistanın xarici işlər naziri Zöhrab Mnaçakanyan separatçı rejimin “xarici işlər naziri” Masis Mayilyanla görüşüb. Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamentində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Nyu-Yorkda keçiriləcək Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnaçakanyan və Elmar Məmmədyarovun görüşü ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ilə bağlı hazırkı mövqelərə aydınlıq gətirilib
Ermənistanın xarici işlər naziri vurğulayıb ki, münaqişədə əsas tərəfi kimi separatçı rejimin iştirakı xüsusi əhəmiyyət daşıyır. Zöhrab Mnaçakanyan bildirib ki, azərbaycanlı həmkarının diqqətinə onu çatdırıcaq ki, Ermənistan üçün Dağlıq Qarabağın statusu əsas prioritetdir.
Görüşdə xüsusi olaraq qabardılıb ki, Azərbaycan hakimiyyətinin daxili auditoriya üçün səsləndirdiyi ifadələr sülhə hazırlıq öhdəliyinin yerinə yetirilməsinə töhfə vermir.
Görüşdə mütəmadi məsləhətləşmələrin keçirilməsinin vacibliy vurğulanıb, imzalanmış məsləhətləşmələr planına və onun həyata keçirilməsi üçün əməli addımlara toxunulub.
KONKRET.AZ
