Siyasi fəaliyyətlə məşğul olanların həbs olunmasını qətiyyən istəməzdim. Çünki bu sıxıntıları özümüz də vaxilə yaşadığımızdan, hər zaman cəmiyyətdə siyasi münasibətlərin və rəqabətin mədəni səviyyədə aparılmasını arzulamışam. Lakin düşünürəm ki, hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, həm uzun müddət dövlət orqanlarında ən yüksək postlardan birinə sahib olmuş Ramiz Mehdiyevin dövlət əleyhinə fəaliyyəti, həm də Əli Kərimlinin əməkdaşlığı ilə bağlı məqamlar üzrə bu cür sərt addımlar atılmazdı. Hər halda istintaq orqanları bu cinayət işini hərtərəfli araşdırdıqdan sonra daha aydın mənzərə üzə çıxacaq.
KONKRET.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Bir məqamı vurğulaya bilərəm ki, bu radikal müxalifətçiliyin gəlib çıxa biləcəyi proqnozlaşdırılan dalanlardan biridir. Barışmaz müxalifətçilik mövqeyindən durub mötədil müxalif siyasət kursu sərgiləyən bizlərə illərdir olmazın böhtan və şantajlarını rəva görənlərin yenidən bir durum dəyərləndirməsinə ehtiyac var. Barışmaz deyibən hakimiyyətə qarşı hər cür düşmən ünsürlərlə birlikdə olmağa sıradan bir məsələ kimi yanaşanların indi dövlətə qarşı hər cür qüvvə ilə müttəfiqlikdə günahlandırılması da artıq ehtimaldan çox bir reallıq kimi qəbul oluna bilir. Dəfələrlə konkret irad bildirdiyimiz bir məsələni yenidən xatırladıram: Qərb demokratiyasını ideallaşdırb, Azərbaycanda liberal dəyərlərin bərqərar olması üçün mübarizə apardığını bəyan edən AXCP və ya Milli Şuranın dırnaqarası öndərlərinin İrançı teokratik totalitarizmi təbliğ edən və dünyəvi dövlətimizə qarşı cihadı ali məqsədinə çevirmiş Tale Bağızadənin dəfələrlə müdafiəsinə qalxmalarının izahını verən hələ ki, tapılmadı. İndi də qarşılaşılan situasiya bu məsələdən elə də fərqli deyildir. Artıq bundan sonrası illərdir yalançı hədəflərlə, vədlərlə aldatdıqları insanların öz düşüncələrinə yenidən baxmasına qalır”, – F.Mustafa qeyd edib.

Mübarizəni kişi kimi aparmaq lazımdır. Güclü müxalifət dövlətçiliyimizə kömək olmalıdır. Paralel aparılan iş vətənimizin bütövlüyünü və dayanıqlığına xidmət etməlidir.
Düşmən dəyirmanına su tökən bu yaramazlar həmişə xoş günümüzə sevinməyiblər.
Mən heç Ramiz Mehdiyevi yaxından da görməmişəm, amma elə bir adamın bu yaşda hakimiyyət sevdası mənə qəribə gəlir.
Hər halda günahkar cəzalandırılmalıdır.
Bu gün bəzi nazirliklər də var ki, onların da əməlləri araşdırılmalıdı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qohum-əqrəba və dost-tanış mafiyası talançılıqla məşğuldurlar və rabitəmizi süquta aparırlar. Bu barədə İlham Əliyev cənablarına məktub da göndərmişəm.
Bu işlər də təcili araşdırılmalıdı.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də nə qədər gec deyil araşdırılmalıdır. Korrupsiya halları yoxlanılsın, künahkarlar cəzalandırılsın.
Bu barədə cənab Prezidentə də yazmışam.
Ramiz Mehdiyev bunların yanında toya-bayrama getməli olacaq.