Fərhad Əhmədov Avropa İttifaqı Şurasına qarşı qaldırdığı məhkəmə iddiasını qazandıbackend

Fərhad Əhmədov Avropa İttifaqı Şurasına qarşı qaldırdığı məhkəmə iddiasını qazandı

Rusiyalı iş adamı, azərbaycanəsilli Fərhad Əhmədov Avropa İttifaqı (Aİ) Şurasına qarşı qaldırdığı məhkəmə iddiasını qazanıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Lüksemburq məhkəmə orqanının qərarında deyilir.

Məlumatda deyilir ki, indi Aİ Şurası 2022-ci il aprelin 8-dən Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları ləğv etməlidir. Məhkəmə Aİ Şurasının bu işlə bağlı bütün hüquqi xərcləri ödəməyə borclu olduğu barədə də qərar çıxarıb.

2023-cü il sentyabrın 14-də Aİ Şurası araşdırmadan sonra Əhmədovu sahibkarların şəxsi sanksiyaları siyahısından çıxarıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*