Fərid Abdullayev həbs edildibackend

Fərid Abdullayev həbs edildi

“Alutech Baku”nun direktoru, incəsənət üzrə fəlsəfə doktoru Fərid Abdullayev həbs edilib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, külli miqdarda narkotik satışında təqsirli bilinib.

47 yaşlı sənətşünas Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Mərdəkan qəsəbəsi ərazisində cinayət başında yaxalanan Abdullayevin üzərindən külli miqdarda narkotik vasitə olan metamfetamin aşkar edilib.

Fərid Abdullayev məhkəmədə özünü təqsirli bilməyib. O, ifadəsində şahid kimi tanınan dostundan narkotik vasitə aldığını, lakin ona və başqasına satmadığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*