“Azərbaycanın Xarkovdakı fəxri konsuluğu Rusiya hərbçiləri tərəfindən vurulan aviazərbədən sonra fəaliyyətini davam etdirir. Hazırda Azərbaycan vətəndaşlarının müraciətlərini qəbul edir və onlara yardım edirik”.
Bu barədə KONKRET.az-a açıqlamasında Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov məlumat verib.
O, bildirib ki, hazırda Xarkovda vəziyyət gərgin olaraq qalır. Amma son bir neçə gündə Azərbaycan vətəndaşlarının xəsarət alması və ya digər problemlərlə bağlı konsulluğa heç bir məlumat daxil olmayıb.
