FHN həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfər xilas edibbackend

FHN həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfər xilas edib

Ötən şənbə və bazar günləri ərzində ölkəmizdə 97 yanğına çıxış, 14 köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN qüvvələri tərəfindən həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfər xilas edilib, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*