FHN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı – FOTOLAR / VİDEObackend

FHN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı - FOTOLAR / VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. 

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində mənzilin bir otağının döşəməsi qismən yanıb, partlayış dalğasının təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə zamanı mənzilin sahibi 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

FHN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı - FOTOLAR (VİDEO)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*