Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər telefon danışığı zamanı İran və ABŞ arasında aparılan danışıqlar prosesini müzakirə ediblər.
