FİFA-nın yeni reytinqi – Azərbaycan 128-cidirbackend

FİFA-nın yeni reytinqi - Azərbaycan 128-cidir

İyunun 23-də FİFA milli futbol komandalarının yeni reytinqini açıqlayıb.

KONKRET.az bildirir ki, oyunların əhəmiyyəti, rəqiblərin çəkisi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanan reytinqdə Azərbaycan 211 yığma arasında 128-ci yerdə göstərilir.

İran 23-cü, Ukrayna 27-ci, Rusiya 35-ci, Türkiyə 42-ci, Özbəkistan 77-ci, Gürcüstan 82-ci, Ermənistan 92-ci, Qırğızıstan 95-ci, Belarus 96-cı, Tacikistan 108-ci, Estoniya 109-cu, Qazaxıstan 114-cü, Latviya 129-cu, Türkmənistan 135-ci, Litva 142-ci, Moldova 178-cidir.

Reytinqin ilk 5 pilləsində Braziliya, Belçika, Argentina, Fransa və İngiltərə qərar tutub.

Azərbaycanın milli futbol komandasına 2020-ci il iyulun 10-dan italyan Canni De Byazi baş məşqçilik edir. Yığma onun dövründə 3 qələbə əldə edib, 16 məğlubiyyət alıb, 7 oyunu heç-heçə bitirib. Novator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*