Filippindən “Cənubi Çin dənizi” xəbərdarlığıbackend

Filippindən "Cənubi Çin dənizi" xəbərdarlığı

Çin sahil mühafizə gəmiləri son bir ildə ən azı 4 dəfə “mübahisəli bölgə” yaxınlığında toqquşma riskini artıran və beynəlxalq təhlükəsizlik qaydalarını pozan hərəkətlər edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Filippin Sahil Mühafizəsinin Komandiri Admiral Artemio Abu verdiyi açıqlamada bildirib.

O, martın əvvəlində Çin sahil mühafizə gəmisinin Filippin sahil mühafizəsi patrul gəmisindən təxminən 1 kilometr məsafədə manevr etdiyini, bu hərəkətin 1972-ci ildə qəbul edilmiş beynəlxalq təhlükəsizlik qaydalarını açıq şəkildə pozudğunu bildirib. Abu ölkənin beynəlxalq səviyyədə tanınmış xüsusi iqtisadi ərazilərdə patrul gəmilərini yerləşdirməyi dayandırmayacaqlarını deyib.

Oxşar hadisələr ötən ilin may və iyun aylarında da baş verib.

Qeyd edək ki, Çin 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin yüzdə 80-dən çoxuna iddia etsə də, bölgədə Vyetnam, Bruney və Malayziya başda olmaqla qonşu ölkələrlə, xüsusilə Filippinlə suverenlik mübahisələri yaşayır. 2016-cı ildə Filippinin müraciəti ilə Beynəlxalq Arbitraj Məhkəməsi Çinin Cənubi Çin dənizində birtərəfli suverenlik iddialarının heç bir hüquqi əsası olmadığına qərar verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*