Finlandiya Baş nazirinin görüntüləri gündəm oldu – FOTO + VİDEObackend

Finlandiya Baş nazirinin görüntüləri gündəm oldu - FOTO + VİDEO

Finlandiyanın 36 yaşlı Baş naziri Sanna Marin qatıldığı festivallar və geyindiyi paltarlarla gündəm olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazirin ziyafətdə çəkilmiş yeni görüntüləri görənləri təəccübləndirib.

Sözügedən videoda Marinin bir qrup dostları ilə ziyafətə qatıldığı, spirtli içki qəbul etdiyi və rəqs etdiyi görünür.

Baş nazirin sızdırılmış görüntülərinin harada və nə vaxt çəkildiyi məlum deyil.

Marinin videosu sosial medianı iki yerə bölüb. Bir qrup izləyici Baş nazirin ölkəsi qarşısında öhdəlikləri olduğu halda əyləncələrə vaxt ayırmasını tənqid edib. Digər qrup isə bunu yüksək qiymətləndirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*