“Fitch Ratings”: “Ermənistan görünməmiş addım atdı”backend

"Fitch Ratings": "Ermənistan görünməmiş addım atdı"

Beynəlxalq reytinq Agentliyi “Fitch Ratings” İrəvanın reytinqlərini geri götürdü. Səbəbsə çox sadədir: Ermənistan reytinq prosesində iştirak etmək istəmir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, “Fitch Ratings” dünya ölkələrin aylıq, rüblük və illik iqtisadi-sosial reytinqini hazırlayır. Agentilyin son hesabatında Ermənistanın potensialı  “B +” qiymətləndirilmişdi. Bu isə iqtisadi tənəzzül deməkdir. Görünən odur ki, Ermənistan höküməti ölkə iqtisadiyyatının bərbad durumunun dünyaya faş olmaması üçün “Fitch Ratings”lə əməkdaşlıqdan geri çəkilib.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*