FRANSA FARSA ağlayır: Xamenei CAVABIN aldı. Qaldı cənub İSTİQLALI – TƏMSİLLİ TƏHLİLbackend

FRANSA FARSA ağlayır: Xamenei CAVABIN aldı. Qaldı cənub İSTİQLALI - TƏMSİLLİ TƏHLİL

İnsanlar arasında belə bir inanc var ki, xoruz sübh namazının vaxtında banlayır. Digər bir deyimə görə, eşşək gün ərzində 5 dəfə anqırır və bunu namaz vaxtında edir.

KONKRET.az xəbər verir ki, bəziləri bunu heyvanların ibadət vaxtını insanlara xatırlatması kimi qələmə verirlər. Lakin uzunqulaq misalında onun anqırmasının şeytan oyunu olduğu da iddia olunur. Çünki islamın vacibatlarından birinin yerinə yetirilməsi üçün azan var. Həm də eşşək anqıranda müsəlmanlar şeytana lənət oxuyur.

Loğman surəsi 19-cu ayə

– Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir;

Xoruz ilə eşşəyin hiyləsi

Müasir dövrdə xoruz adı çəkiləndə bir mavilər yada düşür, bir də Fransa. Çünki xoruz bu dövlətin rəmzidir. Hazırkı Fransa lideri Makron isə islamafob siyasəti ilə tanınır. Haşiyəyə çıxaraq qeyd edim ki, onun anası yaşda arvadı Bricitin atasının makaron biznesi olub. Makronun antiislam siyasətinə sübut kimi noyabrın 24-də La-Manş boğazında müsəlman miqrantların boğulmasını göstərmək olar. Belə ki, qayıqları batmaq üzrə olan miqrantlar nə qədər kömək istəsələr də, fransızlar onların can verməsinə tamaşa ediblər. Emmanuelin dövləti islam dinində təfriqə salmaqla da məşğuldur. Bir şey ki, Şiə Ayparasına daxil olan İran və Livan Parisin nüfuz dairəsindədir. Deməli, sünni-şiə davasını müasir dövrdə daha da gərginləşdirən Fransadır. Əfsus ki, xoruzun banına anqıraraq baş üstə deyən eşşəklər var. Bir faktı xatırladım ki, İran İslam Respublikasını yaradan Ruhullah Xomeyni Fransada qorunurdu. Tehrana da Parisdən yola salınıb. Bu o demək deyil ki, Fransanın niyyəti şiəliyi mühafizə etməkdir:

– Azərbaycandakı müsəlmanların əksəriyyəti şiə təriqətinin təmsilçisidir. Amma Paris qriqoryan İrəvanın yanındadır. Elə Tehran da!

Niyə?

Çünki onlar Fransa oyuncağıdır, Paris isə Ermənistanı dəstəkləyir. Yəni molla rejiminin əsl xislətini bilmək bu qədər bəsit və elementardır. Ayətullah tulaları bunu nə qədər örtbasdır etməyə çalışsa da, fərqi yoxdur. Xamenei köməkçisi də azərbaycanlıları gözünün nuru adlandırırsa, gözünün içinə qədər yalan danışır. Sadəcə, onlar “jim-jim”ə düşüblər. Xudafərində çəkilən şəkillərə baxanda rejimlərinə qoyulacaq başdaşı gözlərinin qarşısına gəlir. Quruluş bir yana, onların dizini əsdirən Cənubi Azərbaycanın qurtuluşudur. İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin noyabrın 20-də Azərbaycana “dostluq” mesajı da bu xofun nəticəsidir.

Azərbaycanın lideri İlham Əliyev isə daha əvvəl səsləndirdiyi fikirləri yenə və lap qəti formada təkrarlayıb. Prezidentin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışı Tehranı silkələyib:

“Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Bəli, İran ən sərt şəkildə xəbərdar olundu. İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni etməliyik, çünki onlar xalqımızın bir hissəsidir. Cənubun kədəri şimalın da qüssəsidir. Odur ki, Tehranın edam qərarları, ana dili məhdudiyyətlərini yenidən nəzərdən keçirməsinin vaxtıdır. Muxtariyyət deyək ki, planlaşdırılan müstəqilliyə ürkməsinlər. Türkün məsəli – “altlarına kaçırırlar”.

Hə, bir də ki, xoruzun kimliyin açıqladım, eşşək qaldı. Əşi, eşşək elə eşşək kimi də qalacaq!

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*