Fransada əlverişsiz hava bir nəfərin ölümünə səbəb oldubackend

Fransada əlverişsiz hava bir nəfərin ölümünə səbəb oldu

Fransada güclü tufan müşahidə olunur.

KONKRET.az BFM telekanalına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ölkənin şimalındakı Rouen şəhərində bir nəfərin həyatına son qoyub.

Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar ölkə üzrə 750 çağırış olub.

Meteroloqlar Fransanın 96 departamentində narıncı hava xəbərdarlığı elan edib.

Bu cür havanın səhər saatlarına qədər davam edəcəyi proqnoz edilir.

Xatırladaq ki, cümə günündən dolu ilə müşayiət olunan güclü tufan ölkənin bir neçə bölgəsində özünü göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*