Fransada naməlum şəxs bıçaqla ətrafdakılara hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə BFMTV telekanalı bildirib.
Məlumata görə, hadisə Viljyuif şəhərindəki parkda, yerli vaxtla saat 14:00-da baş verib. Hücum zamanı azı 4 nəfər yaralanıb.
Hadisəni törədən şəxs əraziyə gəlmiş polis əməkdaşları tərəfindən öldürülüb. Telekanal bildirib ki, asayiş keşikçiləri cinayətkara 3 dəfə atəş açıb.
Qeyd edilir ki, yaralılardan biri – təxminən 50 yaşlı zərərçəkən sonradan ölüb. Məlumata görə, hücum zamanı xəsarət almış daha iki nəfər ağır vəziyyətdədir.
Hadisənin təfərrüatları açıqlanmır. (report)
