Fransanın illərdir Haftarı dəstəkləməsi utancvericidir.
KONKRET.az xəbər verir ki, bunu Liviya Milli Razılıq Hökumətinin müdafiə nazirinin müavini Səlahəddin Nemruş Frans-24 kanalına müsahibəsində deyib.
“Türkiyə ilə Liviya arasındakı hərbi əməkdaşlıq elan edilmiş müqavilələrə əsaslanır. Haftarın tərəfdarları ilə etdiyi ittifaqlar kimi gizli deyil. Haftarı qəbul etmək mümkün deyil, çünki o, hərbi cinayətkardır və yeri həbsxanadadır”, – deyə Nemruş bildirib. (axar.az)
