Fransanın keçmiş xarici işlər naziri Makronu İsrailə münasibətə görə tənqid etdi  backend

Fransanın keçmiş xarici işlər naziri Makronu İsrailə münasibətə görə tənqid etdi  

Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner Paris yəhudi icmasının “Radio J” radio stansiyasına müsahibə verib.

KONKRET az  xəbər verir ki, Kuşner 2007-2010-cu illərdə, Nikola Sarkozinin dövründə xarici işlər naziri vəzifəsində işləyib. Kuşner müsahibəsində bildirib ki, Fransa həmişə antisemitizm nümayiş etdirib:  “Antisemitizm axmaqların inancıdır. İnsanların düşünəcək bir şeyi olmayanda antisemitizmə üz tuturlar. Bir bədbəxtlik baş verəndə hamı yenidən antisemitizmə üz tutur. Bu, çox ciddi xəstəlikdir”. Fransada həmişə antisemitlər olub, deyən keçmiş nazir  son bir ildə onların sayının artdığını qeyd edib: “Yəhudilərə bu cür nifrətin səbəblərindən biri də təhsilin olmamasıdır. Bir çox fransız gənci Holokostun nə olduğunu helə  də bilmir”.

Kuşner yəhudi tarixi haqqında məlumatın olmamasından təəssüflənib:  “Söhbət müstəmləkəçilik, nifrət, ərazi genişlənməsi və soyqırımdan gedir. Amma biz əslində nə demək olduğunu bilmədən soyqırımdan danışırıq”.

Qəzza və bütövlükdə bölgədəki müharibədən danışan Kuşner bildirib ki, o, İsrailin cavab vermək  haqqını tam dəstəkləsə də, 7 oktyabr qırğınına haqq qazandırmır: “1200 nəfəri öldürən, 300 nəfəri qaçıranlara reaksiya verməmək mümkün deyil”.

Kuşner vurğulayıb ki, problem müharibənin özündədir. Bir həkim və siyasətçi kimi o, bütün həyatını müharibələri dayandırmağa, həmçinin yaralıların müalicəsinə kömək etməkdə keçirdiyini deyib.  Sabiq xarici işlər naziri Fransa prezidenti Emmanuel Makronun İsrailə silah tədarükünü dayandırmaq çağırışını da kəskin tənqid edib. Bu ayın əvvəlində Fransa lideri bildirib ki, siyasi həll yolu tapmaq üçün daha geniş səylərin bir hissəsi kimi silah satışı dayandırılmalıdır: “Fransa prezidentinin belə bir şey söylədiyini eşitmək məni kədərləndirdi. O, cahil deyil,  yəhudilərin tarixini yaxşı bilir. Mən demirəm ki, bu, nifrətdir, lakin onun İsraili pisləməsi baş verənlərlə uyğun gəlmir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*