Fransızlar çətin vəziyyətdə: Tramp Makronu görün nə ilə TƏHDİD ETDİbackend

Fransızlar çətin vəziyyətdə: Tramp Makronu görün nə ilə TƏHDİD ETDİ

ABŞ Prezidenti Donald Tramp Fransanın Amerika texnologiya şirkətlərinə tətbiq etdiyi rəqəmsal vergidən imtina etməyəcəyi təqdirdə, bu ölkənin şərabı və şampanına 100 faiz gömrük rüsumu tətbiq efəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə “The New York Post” nəşrinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makrondan ABŞ şirkətlərinə vergi tətbiq etməməyi istəyib.

Nəşr qeyd edir ki, Trampın bu açıqlamaları Fransanın Evian-le-Ben şəhərində keçiriləcək G7 sammiti ərəfəsində səslənib.

Bundan əlavə, ABŞ prezidentinin bəyanatı ötən həftə Makron administrasiyasının Vaşinqton və Paris arasında Amerika şirkətlərinin vergiyə cəlb olunması ilə bağlı fikir ayrılıqlarının aradan qaldırıldığı barədə açıqlamalarını təkzib edir.

The New York Post yazır ki, Fransa rəqəmsal texnologiya şirkətlərinə vergi tətbiqini hələ 2019-cu ildə qəbul edib. Bu vergi Amazon kimi Amerika şirkətlərinin ölkə daxilində əldə etdiyi gəlirlərə də şamil olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*