FTB agentləri keçmiş prezident Donald Trampın evinə basqın zamanı “tam məxfi” möhürü olan 11 dəst sənəd götürüblər.
KONKRET.az xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (FTB) Donald Trampın evinə basqının məhkəmə protokolları açıqlanıb.
Məhkəmə qeydləri göstərir ki, ələ keçirilən qeydlər arasında ölkənin ən mühüm sirlərinin qorunmasına yönəlmiş xüsusi kateqoriya olan və ictimaiyyətə açıqlanacağı təqdirdə milli maraqlara zərər vurulacaq sənədlər də olub.
“Mar-a-Laqo”da axtarış zamanı iştirak edən Trampın vəkili Kristina Bobbun imzası 3 səhifəlik “müsadirə edilmiş materiallar” siyahısında tapılıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı “Mar-a-Laqo” malikanəsində avqustun 8-i səhər saatlarında FTB agentləri tərəfindən axtarış aparılıb. 9 saatdan çox davam edən 40-a yaxın FTB agentinin axtarışında evdə 10 qutudan çox sübut toplanıb.
Eski ABD Başkanı Donald Trump’ın evinde yapılan FBI aramasına ilişkin mühür mahkemece kaldırıldı. Aramada ‘yüksek gizlilik içeren’ belgelerin ele geçirildiği bildirildi. Detayları @trthaber muhabiri Tuna Şanlı aktardı. pic.twitter.com/1gKG7ngJKE
— TRT Haber Canlı (@trthabercanli) August 12, 2022
İqbal Rzayev,
KONKRET.az
