Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xüsusi Təyinatlı Mərkəzinin dörd əməkdaşı Suriyanın Hələb rayonundakı döyüşdə həlak olub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Telegram-kanal Baza yayıb.
Onların hamısının “C” və “K” idarələrində zabit kimi xidmət etdikləri dəqiqləşdirilir.
Kanalın sözlərinə görə, onların maşını mərminin üstünə düşüb. Sonra yaralılar yaraqlıların əlinə düşüblər, bir müddətdən sonra isə güllələniblər.
Hələlik bu məlumatın rəsmi təsdiqi olmayıb.
Babək Göyüş
KONKRET.az
