Futbol dünyasının canlı əfsanələrindən olan italiyalı Roberto Bacco Viçensadakı villasında hücuma məruz qalıb. 5 silahlı dəstə üzvü tərəfindən döyülən Bacco daha sonra 40 dəqiqə vanna otağında qapalı qalıb. Evi qarət edən dəstə üzvlərinin Bacconu qaçırmağa çalışdıqları iddia edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Bacco həm futbolçu kimi, həm də 1994-cü il dünya çempionatının finalında buraxdığı penalti ilə tarixin unudulmaz idmançılarından birinə çevrilməyi bacarıb. Dünən başına gələnlər canlı əfsanəni bir daha gündəmə gətirib.
Quldurların tapançasının sapı ilə başından yaralanan Bacco 40 dəqiqə sonra dəstə üzvləri tərəfindən qaçırılmağa cəhd edilib.
Ərazidə xidmət aparan polislər hadisə yerinə gələndə dəstə üzvləri qaçıblar. Xəstəxanaya aparılan Bacconun başına tikiş qoyulub.
Rəsmiyyə Şərifova,
KONKRET.az