Futbolumuzla bağlı vacib qərar – Bu gün açıqlanacaqbackend

Futbolumuzla bağlı vacib qərar - Bu gün açıqlanacaq

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

KONKRET.az xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq. İclasdan sonra Premyer Liqa, birinci divizion və kubok matçlarının bərpası ilə bağlı qərarın açıqlanacağı gözlənilir.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan Premyer Liqasının matçları martın 8-dən sonra oynanılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*