Füzulidə ermənilərin atıb qaçdığı tank əleyhinə raket sistemi aşkarlandıbackend

Füzulidə ermənilərin atıb qaçdığı tank əleyhinə raket sistemi aşkarlandı

İşğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az– a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.

Polis əməkdaşları rayonun işğaldan azad edilən ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Foqot” (tank əleyhinə idarə olunan raket sistemi), 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*