Füzulidə itkin düşən şəhidin nəşinin qalıqları Saatlıda dəfn edildibackend

Füzulidə itkin düşən şəhidin nəşinin qalıqları Saatlıda dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Seyfulla Tairovun Xocavəndin Edilli kəndində aşkarlanan nəşinin qalıqları Saatlıda dəfn edilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, 30 il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tairov Seyfulla Veytulla oğlunun Edilli kəndində aşkarlanan nəşinin qalıqları Saatlı rayonuna, doğulduğu Cəfərxan kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub.

Daha sonra şəhidin qalıqları Saatlı rayonunun Şirinbəy kənd məzarlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələrinin üzvləri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Füzulidə itkin düşən şəhid Seyfulla Tairovun nəşinin qalıqları Saatlıda dəfn edilibFüzulidə itkin düşən şəhid Seyfulla Tairovun nəşinin qalıqları Saatlıda dəfn edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*