Füzuliyə köçürülən daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıbbackend

Füzuliyə köçürülən daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıb

Böyük Qayıdış proqramına uyğun olaraq Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işləri davam edir.

Bu barədə KONKRET.az-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik tərəfindən Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.

Avadanlıqlar çatdırılma xidməti, avtoçilingər və poliqrafiya xidmətləri zərflərini əhatə edib.

Proqram iştirakçılarına qeyd edilən istiqamətlər üzrə öz işlərini qurmaları üçün bütün zəruri avadanlıqlar təqdim edilib.

Bununla da Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 110-a çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*