Gələn il də dünyada bahalaşma davam edəcək: Bəs Azərbaycanda vəziyyət necə olacaq? – AÇIQLAMAbackend

Gələn il də dünyada bahalaşma davam edəcək: Bəs Azərbaycanda vəziyyət necə olacaq? – AÇIQLAMA

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında infilyasiya 6.2 faiz olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi infilyasiya göstəricisidir. Rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub. Belə ki, ilə rəsmi 2.7 faizlik infilyasiya ilə başlanılsa da, bu rəqəm 10 ayda 3 dəfə daha artıb. Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, infilyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub.

Vüqar Bayramov: "Qeyri-neft ixracatı rekord səviyyəyə

Mövzunu KONKRET.az-a şərh edən millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, rəsmi infilyasiya rəqəmi göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var: “Qarşıdan bayram günlərinin gəldiyini nəzərə alsaq paytaxtda mütəmadi fermer yarmarkalarının təşkili məqsədəuyğun olardı. Bu zaman xərclərin bir hissəsinin o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var. Digər tərəfdən, ilkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək. Bu baxımdan, ümumi istehlakda yerli istehsalının payının artırılması prioriteti daha da aktuallaşır. İdxal infilyasiyasının minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Turan
    Dekabr 16, 2021 - 11:38

    Rəhmətliyin nəvəsi azərbaycanda hər həftə bahalaşma gedir ili gözləyə ehtiyyac yoxdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*