Osmaniyədə qocalar evində qalan Celil Kurt və Hatice Sağır 2 ay əvvəl tanış olub və həyatlarını birləşdirməyə qərar veriblər.
KONKRET.az xəbər verir ki, qocalar evinin bağçasında baş tutan toy mərasimindən əvvəl cütlük qocalar evinin sakinləri ilə birlikdə ilk rəqslərini və halayını rəqs edib. Qocalar evi cütlük üçün xüsusi otaq ayırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az