Nigeriyanın Kebbi əyalətindəki Niger çayında gəmi batıb.
KONKRET.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Bildirilib ki, göyərtəsində təxminən 100 sərnişin olan gəmi çayı keçərkən ikiyə bölünüb.
Məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub, 80-dən çox adam xilas edilib.
İlkin versiyaya görə, hadisəyə səbəb gəminin həddindən artıq yüklənməsi olub.
Qeyd edək ki, ötən ilin oktyabrında iki belə insident nəticəsində azı 80 nəfər həlak olub.
İqbal Rzayev,
KONKRET.az
