Gənc jurnalistin əməliyyatı üçün lazım olan məbləğ toplandıbackend

Gənc jurnalistin əməliyyatı üçün lazım olan məbləğ toplandı

Ağır xəstəlikdən əziyyət çəkən gənc jurnalist Şəfiqə Nazimqızının əməliyyatı üçün lazım olan 50 min dollar vəsait toplanıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Samir İsayev məlumat verib.

“4-5 gün ərzində lazım olan məbləğ yığıldı, kimin nəyə gücü çatdısa, tanımasa belə yardımları əsirgəmədilər və yardım kampaniyası yekunlaşdı. Bizə ilk gündən dəstək olan, zəng edən, yazan, dua edən hər kəsə təşəkkür edirəm”, – deyə jurnalistin həyat yoldaşı bildirib.

Qeyd edək ki, yenicə ana olan Şəfiqə Nazimqızına Türkiyədə ilik nəqli olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*