22 yaşlı gənc onu sevməyən 2 uşaqlı qadını qətlə yetirib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb.
Belə ki, Muhərrəm adlı gənc tibb bacısı olan qonşusu Ayşegül Aktürkü sevib.
Boşanmış, 2 uşaq anası olan qadın onun hisslərinə qarşılıq verməyib.
Qadın işə gedən zaman Muharrem onun qarşısını kəsib, dalaşıblar. Gənc oğlan cibindən bıçaq çıxararaq qadına vurub. Səs-küyə çölə çıxan oğlanın bacısı Məryəm və qardaşı Murad hadisəyə müdaxilə etmək istəyərkən əllərindən yaralanıblar.
Muhərrəm E. daha sonra həmin bıçaqla özünə qəsd etməyə çalışıb.
Həkimlərin səyinə baxmayaraq, çoxlu qan itirən qadının həyatını xilas etmək mümkün olmayıb.
Özünü yaralayan Muhərrəm isə təcili əməliyyat edilib.
