Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandıbackend

Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlanıb. KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən hadisə şəhərin poçt qəsəbəsində baş verib.

22 yaşlı Alıyev Elnur Vaqif oğlu sərnişin avtobusundan düşən zaman bıçaqlanıb.

O, ətrafındakı insanların yardımı ilə xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

İlkin məlumata görə xəsarət alan şəxsi tanımadığı biri bıçaqlayıb. Daha sonra isə hadisə yerindən qaçıb. Faktla bağlı polisə məlumat verilib. Araşdırma başlanılıb.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*