Gəncədə futbolçuları döyənlər saxlanıldı – ADLAR+FOTObackend

Gəncədə futbolçuları döyənlər saxlanıldı - ADLAR+FOTO

Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.

DİN- Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun KONKRET.az-a verdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinənlər — şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb.

Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, hadisə nəticəsində “Qəbələ”nin iki futbolçusu ciddi xəsarət almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*