Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” ilə “VAZ-2106 “markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./apa
