Gəncədə kişi həyat yoldaşı və iki övladını bıçaqladıbackend

Gəncədə kişi həyat yoldaşı və iki övladını bıçaqladı

Gəncədə üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində, Kəlbəcər sakinlərinin yaşadığı yaşayış massivində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakinləri — 1990-cı il təvəllüdlü G.Abbasova, onun övladları 2008-ci il təvəllüdlü İ.Abbaslı və 2011-ci il təvəllüdlü H.Abbaslı müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, ailə başçısı H.Abbaslının həyat yoldaşına və iki övladına bıçaqla xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*