Gəncədə minik maşını darvazaya ÇIRPILDIbackend

Gəncədə minik maşını darvazaya ÇIRPILDI

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşınının sürücüsü idarəetməndən çıxaraq avtobus qarajının darvazasına çırpılıb.

Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*