Toy bıçaqlanan şəxslərin sayı 3-ə çatıb.
KONKRET.az xəbər verir ki, bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.
23:12
Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək cinayəti müvafiq araşdırmalar aparıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov KONKRET.az-a bildirib ki, cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir
22:40
Gəncədə iki nəfər toyda bıçaqlanıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov toyda bıçaqlanıblar. Onlar xəstəxanaya yerləşdirliblər.
Xəstələrin yaraları tikilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.//Unikal
