General-mayor həbs edildi – Ona qarşı cinayət işi açıldıbackend

General-mayor həbs edildi - Ona qarşı cinayət işi açıldı

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanın Hərbi Prokurorluğu Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 301-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə Daxili İşlər Nazirliyinin mühafizə dəstələrinin keçmiş komandiri, general-mayor Dmitri Pana qarşı cinayət işi açıb.

“23 noyabr 2019-cu ildə Pan Dmitri Cinayət Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndi ilə təqsirləndirilən şəxs qismində mühakimə olunub. Daşkənd Hərbi Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib”, – Baş Prokurorluğun mətbuat xidmətinln məlumatında belə deyilir.

İstintaq hərəkətləri davam edir.

Xatırladaq ki, noyabrın 22-də Özbəkistan Daxili İşlər Nazirliyinin mühafizə dəstələrinin komandiri, general-mayor Dmitri Pan Özbəkistan prezidenti tərəfindən sərt tənqid olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*