Gömrük Komitəsi ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısını aldı – FOTObackend

Gömrük Komitəsi ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısını aldı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan tranzit keçməklə ölkəmizə gələn “SCANİA” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda – yatağın alt və üst döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən, 5 400 ədəd “Marlboro Edge” markalı siqaret aşkarlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*