Goranboyda 2 nəfər dəm qazından zəhərləndibackend

Goranboyda 2 nəfər dəm qazından zəhərləndi

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Vaqif küçəsində baş verib.

2004-cü il təvəllüdlü Əliyev Riad Fərid oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər dəm qazından zəhərlənmə faktı isə rayonun Ağcakənd kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Əzimova Nailə Kazım qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*