Goranboyda 5 nəfər zəhərləndibackend

Goranboyda 5 nəfər zəhərləndi

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

KONKRET.az xəbər verir ki,5 nəfər rayon sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal xəstələrə yardım edilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənənlər 2012-ci il təvəllüldü A. Kərimli, 2011-ci il təvəllüdlü A. Qasımova, 2009-cu il təvəllüldü S. Qasımova,1982-ci il təvəllüdlü Q. Qasımov və 2009-cu il təvəllüdlü A. Kərimovadır.

Məlumata görə həmin şəxslər qidadan zəhərləniblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*