Goranboyda avtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar varbackend

Goranboyda avtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var

Goranboy rayonunda Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, zərbənin gücündən minik avtomobili aşıb.

Qəza nəticəsində, 1983-cü il təvəllüdlü Ceyhun Rəhimov və 1985-ci il təvəllüdlü Vüsal Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*