15.10.2025-ci il tarixində saat 18:40 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü (kişi) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, ona sağ göz yuvasının hematoması, sol çiyin sümüyünün və sol baldır nahiyəsinin sınığı diaqnozu təyin olunub.
Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyəti kafi olaraq qiymətləndirilir.
18:34
Goranboyda qəza olub.
KONKRET.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
1973-cü il təvəllüdlü Ş.Əhmədova idarəetdiyi BYD markalı minik avtomobili ilə hərəkət olan zaman avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı dərəyə düşüb.
Qəza zamanı xəsarət alan olmasada avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
