Goranboyda minik maşını marketə girib.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Goranboy şəhərinin kənar küçələrindən birində yerləşən marketdə baş verib.
Belə ki, idarəetmədən çıxan “VAZ 2106” markalı avtomobil mağazaya çırpılıb. Qəza zamanı mağaza və maşın zərər görsə də, hadisə iştirakçıları ciddi xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az
