“Gorus, Qafan, Sisyan və Laçın dəhlizinə giriş istiqamətləri Azərbaycanın nəzarətindədir”.
KONKRET.az xəbər verir ki, bu barədə Vesti.az-a AMEA İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, hərbi ekspert Rizvan Hüseynov məlumat verib.
“May ayında başlayan sərhəd qarşıdurması noyabrın 16-da Azərbaycanın Ermənistan ərazisində mühüm strateji yüksəklikləri və Gorus, Qafan, Sisyan və Laçın dəhlizinə giriş istiqamətini ələ keçirməsi ilə başa çatıb”, – deyə Hüseynov bildirib.
“Bu, Azərbaycanın və onun tərəfdaşlarının qələbəsidir. Məhz bundan sonra Soçidə, daha sonra Brüsseldə üçtərəfli görüşlər keçirildi. Əslində, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı baş nazir müavinləri səviyyəsində Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının işi artıq irəliləyir”, – ekspert vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
