Göyçayda evlənmək məqsədilə qaçırıldığı iddia olunan qız işgəncəyə məruz qalıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Ulaşlı-Şıxlı kəndində qeydə alınıb.
Rayon sakinləri Mahmud Əliyev, atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birgə 21 yaşlı Zeynəb Ağayevanı (ad və soyad şərtidir) qaçıraraq tövlədə gizlədiblər.
Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün qızın ağzını bağlayaraq işgəncə veriblər.
***
21:40
Göyçayda qaçırılan qız tapılıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, DİN hadisədən məlumatlıdır: “Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib”.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
