Göygöldə 4 qız dərmandan zəhərləndibackend

Göygöldə 4 qız dərmandan zəhərləndi

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*