Göygöldə sel nəticəsində vətəndaş köməksiz vəziyyətdə qaldıbackend

Göygöldə sel nəticəsində vətəndaş köməksiz vəziyyətdə qaldı

Göygöldə sel nəticəsində bir nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

KONKRET.az Apa-ya istinadən xəbər verir ki, hadisə Qoşqar çayının rayonun, Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yağan güclü yağışla əlaqədar Qoşqar çayında suyun səviyyəsi sürətlə qalxıb.

Kənd sakini 40 yaşlı Qocayev Ramal çayı keçmək istəyərkən köməksiz vəziyyətdə qalıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə vətəndaşı çaydan çıxarmaq mümkün olub.

Hazırda kənd sakininin vəziyyəti normladır, həyatı üçün təhlükə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*